Bulağ verilişi

Radio və televiziya tamaşaları

Bulağ verilişi

Сообщение Arab » 15 дек 2009, 11:32

Bulağ verilişi

70-ci illərin radio dinləyiciləri efirdə hər bazar günləri bir verilişi dinləyirdilər.
Bu veriliş araya-ərsəyə gəldiyi gündən etibarən məktəb yaşlarından tutmuş, el-obanın ahıl-ağsaqqalarınacan cəmidinləyicilərin sevimlisi oldu. Çünki veriliş onlarla çox təbii, öz kökünə, binəsinə bağlı, munis bir dildə danışırdı. Bəlkə də ilk dəfəydi ki, xalq özünün gündəlik həyatında, məişətində işlətdiyi bu dilə mətbuatda, radioda rast gəlirdi və buna görə də verilişin hər buraxılı.lnı saf, təmiz bulaq suyu kimi öz sinəsinə çəkir, onun ab-havasıyla köks dolusu nəfəs alırdı. Bulaq verilşinin folklor materialları toplanması, onun daha da bitkin hala salınması, cilalanması işində xüsusi xidmətləri olduğu kimi, canlı xalq danışıq dilinə, müasir yazılı ədəbiyyatımızın dilinə də təsiri danılmazdır.

Bulağın yaradıcıları 1973-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatına layiq görüldü. "Bulağ"ın ilk redaktorlarından olmuş Mövlud Süleymanlı və Vaqif Əlixanov olmuşdur.

Məlum olduğu kimi bu verilişin hər yığnağı ayrı-ayrı fəsillərin ovqatı üstündə köklənirdi və bu xətt, bu ovqat əvvəlindən başlamış axırınacan hər sujetində, musiqi tərtibatında, hətta "Bulağ"ın əvəzsiz ifaçılarından olan Məhluqə Sadıqova ilə Səməndər Rzayevin səslərində hiss olunacaq dərəcədə özünü göstərirdi.
Arab
 
Сообщения: 17
Зарегистрирован: 28 июл 2009, 16:05

Вернуться в Danışır və göstərir Bakı

Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и гости: 1

cron