AZƏRBAYCAN

Ədiblərimiz, şer dünyası bir sözlə poeziya aləmi

AZƏRBAYCAN

Сообщение Arab » 28 окт 2009, 15:05

Azərbaycan– qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dunyasindan baxar dunyaya.

Azərbaycan – mayası nur, qayəsi nur ki …
Hər daşından alov dilli ox ola bilər.
“ Azərbaycan!” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulları göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.

Tariximə qara xətli, miladi
Qılıncların qan ağzıyla yazılmadımı!
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından yaz almadımı!

İllər olub – kürrələrdə dəmir olmuşuq .
Sərhədlərdə dayanmışıq küləkdən ayıq .
Od gülündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan – mayası nur, qayəsi nur ki …
Hər daşından alov dilli ox ola bilər.
“ Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Məmməd Araz
Arab
 
Сообщения: 17
Зарегистрирован: 28 июл 2009, 16:05

Re: AZƏRBAYCAN

Сообщение Teyyub » 02 дек 2009, 00:09

Bunu ancaq vetenini seven, onu muqeddes hesab eden Memmed Araz yaza bilerdi.Allah rehmet elesin!
Teyyub
 
Сообщения: 1
Зарегистрирован: 02 дек 2009, 00:04


Вернуться в Ədəbiyyat

Кто сейчас на конференции

Сейчас этот форум просматривают: нет зарегистрированных пользователей и гости: 1

cron