"Bəxtiyar" filmi-gözəl
səsə malik olan gəncin həyatından bəhs edir. Hələ uşaq ikən, Bəxtiyar
konservatoriyanın professorunun diqqətini cəlb edir. Qəflətən
Bəxtiyarın yolunda klubun direktoru Ağabala peyda olur. Ağabala
incəsənətdən uzaq insan olub, Bəxtiyarın cıxışlarından qazanmaq
istəyir. Ağabala Bəxtiyar üçün konsertlər təşkil edir, onu asan yola
çəkir. Pul dalınca düşən Ağabala çoxlu konsertlər düzəldir və
Bəxtiyarın səsi qırılır. Dostları Bəxtiyara kömək edib onu doğru yola
çəkirlər və Saşa ilə barışdırmağa kömək edirlər.
Azərbaycanfilm 1955 Ssenari müəllifləri - B.Laskin, N.Rojkov
Quruluşçu rejissor - L.Səfərov
Operator - A.Nərimanbəyov
Rəssamlar - C.Əzimov, E.Rzaquliyev
Bəstəkar - T.Quliyev
Səs operatoru - A.Kərimov
Rejissorlar - İ.Əfəndiyev, A.Ibrahimov
Mahnılarin mətni - R.Rza, N.Dorizo, Ə.Əlibəyli
ROLLARDA: Bəxtiyar - R.Behbudov
Saşa - T.Cernova
Yusif - F.Mustafayev
Ağabala - A.Gəraybəyli
Professor - M.Şeyxzamanov
İsmayılov - İ.Əfəndiyev
Zəhra - S.Hacıyeva
Gülzar - M.Kələntərli
Rza - A.Cavadov
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...