Azərbaycan
kino rejissoru. Azərb.SSR xalq artisti (1971) Azərb.SSR və Türkm.SSR
(1959) əməkdar incəsənət xadimi. Qırmızı Əmək Bayrağı, Xalqlar
Dostluğu və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Onun
böyük ürəyi- Bu sərlövhə görkəmli kinorejissor, Azərbaycanın xalq
artisti, Türkmənistanın əməkdar incəsənət xadimi Əjdər İbrahimovun
1958-ci ildə lentə aldığı filmin adından götürülmüşdür. Söz yox ki, öz
filmi üçün bu adı Əjdər müəllim təsadüfən seçməmişdi. O, insanları
böyük ürək, qəlb sahibi görmək istəyirdi, Əslində özü də geniş qəlbə
malik yüksək istedad sahibi idi.
Əjdər İbrahimov Aşqabadda dünyaya göz açmışdı. Burada da orta təhsil
almışdı. Uşaqlığının və gəncliyinin keçdiyi Türkmənistan mühiti onun
xarakterində müəyyən izlər qoysa da, o bütün ruhu, qəlbi ilə
azərbaycanlı idi. Azərbaycan nağıllarını oxuyurdu, muğamlarımıza qulaq
asırdı. Azərbaycanla bağlı hər şeylə maraqlanırdı. İlk dəfə səhnədə öz
sözünü on üç yaşı olanda demişdi. Özü yaşda bir yeniyetmənin rolunu
oynamışdı. Səhnədə oynaya-oynaya Aşqabaddakı Teatr Məktəbini
bitirmişdi. Ancaq böyük sənətə qədəm qoymamış müharibə başlanmışdı. O
müharibənin son günlərinə qədər böyük cəbhə yolu keçdi.
Müharibə Əjdər müəllimin qəlbində dərin iz buraxmışdı. Qəlbində,
ruhunda kök salmış bu ağrılı duyğuları əks etdirmək ehtiyacı duyurdu.
O, teatr təhsili alsa da, bu hissləri, narahat düşüncələrini kinoya
gətirmək istəyirdi. Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq
fakültəsinə daxil oldu.
Moskva mühiti, institutda böyük sənətkarlarla qarşılaşması
Ə.İbrahimovun dünyagörüşündə yeni bir aləm yaratmışdı. 1952-ci ildə
gənc rejissor yenidən Aşqabada — “Türkmənfilm”ə qayıtdı. Burada isə
ona yalnız sənədli filmlər çəkməyə icazə verirdilər. “Füruzə”,
“Xəzərin şərqində” və s. filmlərə quruluş vermişdi.
Ancaq həmişə Əjdər müəllimi Vətən torpağı özünə çəkməkdə idi. O,
istəyirdi ki, Azərbaycana gəlsin, burada bədii filmlər çəksin. 1954-cü
ildə o, bu arzusuna qovuşdu və Bakıya gəldi. Bakıda isə bu dövrdə kino
sənətinin yüksəliş dövrü başlayırdı. Elə həmin il Lətif Səfərovun
quruluş verdiyi “Mahnı belə yaranır” və Tofiq Tağızadənin 1955-ci ildə
çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyir.
Ancaq Bakı Kinostudiyasında quruluşçu rejissor kimi ilk müstəqil işini
1957-ci ildə reallaşdıra bildi. “Mosfilm”lə bu studiyanın birgə
ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə quruluş vermək Əjdər
İbrahimovla İ.Turinə həvalə olunmuşdu. Nazim Hikmətlə Anna Begiçevanın
birgə yazdığı ssenari əsasında çəkilmiş bu ekran əsərində Şərq
ölkələrindən birində sülh və istiqlaliyyət uğrunda aparılan
mübarizədən bəhs edilirdi.
1958-ci ildə isə Əjdər İbrahimov sərbəst şəkildə öz böyük filmini —
“Onun böyük ürəyi”ni yaratdı. Bu filmin ssenarisini yazıçı İmran
Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng
quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan
əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də
Rəsulov rolunda çəkilmişdi. Əjdər İbrahimov bu filmlə təsdiq etdi ki,
onun rejissor kimi imkanları olduqca böyükdür.
Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının
müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam
kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə
göndərilməsini xahiş etdilər.
Əjdər İbrahimovun Vyetnamla bağlı fəaliyyəti ayrıca bir tədqiqatın
mövzusudur. Hanoyda açılan Kino məktəbinə minlərlə vyetnamlı ərizə
vermişdi. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir
neçə sənədli film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransanın
filmləri göstərilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı.
Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzdi. Bu xalqı, onun
adət-ənənələrini öyrəndi. Kino məktəbi üçün uşaqlar topladı. Seçmə
yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra
onların hamısına — Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına
diplomlar verildi.
Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir
payız günündə” filmləri yaradıldı.
Bakıya qayıtdıqdan sonra o burada “26 Bakı komissarı” filminin
istehsalına başladı. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi
bu film Sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu
film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq”
mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin
filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaratdı.
Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən bu film
kinomuzun qiymətli nümunələrindən biri kimi bu gün də ekranlarımızda
nümayiş etdirilir.
Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam
etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” (“Azərbaycanfilm”lə
birgə) filmləri rejissorun şöhrətini daha da artırır.
Bu böyük sənətkar bütün ömrünü yaradıcı fəaliyyətə həsr etmiş,
müxtəlif ölkələrdə çalışıb kino sənətinin inkişaf tapmasında xüsusi
xidmət göstərmişdi. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını
unutmamışdı.
Əjdər İbrahimov bir neçə kitabın da müəllifidir. “Vyetnamda
gördüklərim” (1964), “Günəş ağlayır”, (1971) “Döyüşən Vyetnamın kino
sənəti” (1968), “Tai qəbiləsindən olan qız” (1970) kitabları
oxucuların dərin marağına səbəb olmuşdur.
Onun əməyi yüksək qiymətləndirilmiş, SSRİ-nin Qırmızı Əmək Bayrağı,
Xalqlar Dostluğu və “Şərəf nişanı” ordenləri, eləcə də Vyetnam
Demokratik Respublikasının Əmək ordeni ilə təltif edilmişdir.
Bu böyük sənətkarın xatirəsi kinosevərlərin qəlbindən heç zaman
silinməyəcək, onun filmləri və kitabları insanları həmişə xoş günlərə
səsləyəcəkdir.
Əsas filmləri:
1. Bir məhəlləli iki oğlan (1957, İ.Qurinlə)
2. Onun böyük ürəyi (1959)
3. 26 Bakı komissarı (1966)
4. Ulduzlar sönmür (1970)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...