Azərbaycan kino rejissoru.1935-ci
ildə
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq
fakültəsini bitirmişdir.
Məhşur sovet kino rejissoru S.M.Eynzeşteynin tələbəsi və professional
təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan
Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir
göstərmişdir. Mərdanov ilk Azərbaycan səsli kinosu və ilk sovet
kinokomediyalarından olan "Mavi dənizin sahilində" (1936, quruluşçu
rejissor B.Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva)
kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun
1939 ildə çəkdiyi "Kəndlilər" (1940 ildə ekrana buraxılmışdır)
tarixi-inqilab bədii filmi Azərbaycan kinosunun qızıl fonduna
daxildir.
Əsas filmləri:
1. Köçərilər (sənədli film, 1933) - rejissor
2. Mavi dənizin qoynunda (1936, bədii film) - rejissor
3. Kəndlilər (1939, bədii film) - quruluşçu rejissor
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...