O, təkcə bir filmin uğuru ilə Bakıya
həmişəlik bağlandı. Saytla bağlı onula
söhbətdən:
1927-ci ilin bu günü Tbilisidə dünyaya gəlib. Babası Acarıstanda
tanınmış zadəganlardan olub. Atası isə çar zabiti.
Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı.
Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində
özünəməxsus iz qoyub. Yəni aktyorluq bizim ailəyə xas bir sənətdir.
Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta
məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı
bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva
qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında
çalışdım.
İlk rolum "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi
İskəndərbəyov haqqında çəkilən filmdə oldu. Orada mən türk
imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey
Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynadım.
Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışdım.
Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim
məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci
rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar.
Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq
kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə
təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi.
Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan. "Sınaq çəkilişinə gəl,
Tofiq Tağızadə sizinlə söhbət edər."
"Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone",
"Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə
çəkildim. Yeri gəlmişkən, Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı
bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən
səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi
rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən deyim ki,
məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun
işindən razı qalmışam.
Tələbəlikdən ürəyimdə gəzdirdiyim arzumu həyata keçirmək üçün
Aleksandrisk Teatrına üz tutdum. Sənətə bu teatrın Çerkasov, Simonov
kimi aktyorlarının ifasında "İvan Qroznı", "Birinci Pyotr" kimi
möhtəşəm filmlərini görüb gəlmişdim. Teatra gəlib bildirdim ki, burada
işləmək mənim çoxdankı arzumdur. Məşq zalında soruşdular ki, nə ifa
edə bilərəm. Qiraət mənim ikinci peşəm olduğu üçün bu, çətin olmadı.
Onu da deyim ki, mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka
adına müsabiqələrin qalibi olmuşam. Aleksandrisk Teatrında ilk rolum
Puşkinin "Kiçik faciələr" əsərində Don Juan obrazı oldu. Çoxlu əsas
rollar oynadım. Amma ordakı məşqlərimə tez-tez Bakıya gəlişim mane
olurdu. Dövlət tədbirləri keçirilərkən Heydər Əliyev məni Bakıya
iştirak etmək üçün dəvət edirdi. Təsəvvür edin ki, Moskvada "Sirano De
Berjerak" əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə
- şer oxumağa gəlirdim.
-"Uzaq sahillərdə"dən sonra bir andaca məşhurlaşdınız. Bu məşhurluq
sizin rahat həyatınıza mane oldumu?
- Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni
xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən
hardasa mövcud şəraitdə özümü oynayırdım. Reyissorla Mehdinin obrazını
üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam.
Filmin premyerası "Nizami" kinoteatrında keçirildi. "Vətən"də
göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı.
Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala
getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni
maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı.
İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşlarda adam
əlindən yer olmurdu. Çox çətin idi.
Azərbaycan.SSR xalq artisti (1983).
Kino sahəsində rolları:
Uzaq Sahillərdə
Həqiqi dost
Onun böyük ürəyi
Məhəbbət dastanı
Telefonçu gız
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...