"Uzaq Sahillərdə" filmi
Azərbaycan xalqının mərd oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin
qəhrəmanlığından bəhs edir. Böyük Vətən müharibəsi Mehdini tələbə
skamyasında qarşılayır. Bütün sovet xalqı Vətəni qorumaq üçün ayağa
qalxır. Mehdi də cəbhəyə yola düşür. Stalinqrad döyüşlərində ağır
yaralanan 24-yaşlı leytenant Hüseynzadə faşistlərə əsir düşür. Birinci
imkanada o əsirlikdən qaçıb, hərbi əsirlər qruppası ilə
italiya-yüqoslav partizan korpusuna qoşulur. Burada, vətəndən ayrı
Adriatik dənizinin sahilində Mehdi "Mixaylo" adıyla misilsiz
qəhrəmanlıqlar göstərir. Mixaylo öz yoldaşı Veselin və Anjelika ilə
fəaliyyət göstərir. Tezliklə qorxmaz kəşviyyatçının adı İtaliya və
Yuqoslaviyada məhşurlaşır. Hitlerçilər partizan hərəkatını yox etmək
üçün hər vasitəyə əl atırlar. Onlar Mixaylonun başının qiymətini
artırırlar. Təqiblərdən gizlənən zaman, Mehdi Vitovl kəndinə sıgınır.
Hitlerçilər kəndi mühasirəyə alıb əhalini meydana qovub "Mixaylonu"
vermələrini tələb edir, kəndi yandırıb və əhalini güllələməklə
hədələyirlər. Xalqın qırılmasını istəməyən "Mixaylo" irəli çıxır və
döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycanfilm 1958 Ssenari müəllifləri - İ.Qasımov, H.Seyidbəyli
Quruluşçu rejissor - T.Tagızadə
Rəssamlar - D.Əzimov, K.Nəcəfzadə
Bəstəkar - Q.Qarayev
Səs operatoru - A.Kərimov
Rejissor - R.Şabanov
Mahnıların mətni - E.Dolmatovski
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...