Azərbaycan
muğənnisi. Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi
olmuşdur. Hərbi xidmətdən sonra A.Zeynallı adına musiqi məktəbində
təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra
Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959).
Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti
olmuşdur. Azərbaycan Mədəniyyətinin 10 günlüyündə Moskvada çıxış
etmişdir (1959). Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya,
Ərəb ölkələrində və s. qastrol səfərlərində olmuşdur. 60-cı illərin
əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti
olmuşdur. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş
mahnıları ifa etmişdir. Koroğlu, Ulduzlar sönmür, Möcüzələr adası,
Mehman, Alma-almaya bənzər kimi kinofilmlərdə mahnıları səslənmişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...