Azərbaycan
opera muğənnisi (lirik-dramatik tenor), xanendə, musiqi folkloru
tədqiqatçısı. SSRİ xalq artisti (1938).SSRİ Dövlət mükafatı laureatı
(1950). 1924 ildən Azərbaycan Opera və Balət Teatrının solistidir.
Bülbülün repertuarında Qərbi Avropa və rus klassiklərinin əsərləridə "Karmen",
"Aleko", "Riqoletto" və s. xalq mahnılarından "Süsən sünbül", "Yaxan
düymələ", "Qara gözlər", "Çal oyna", "Segah təsnifləri" və s. Bülbül
A.Zeynallının "Ölkəm", Ü.Hacıbəyovun "Sənsiz", "Sevgili canan"
romanslarının ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz
musiqi obrazları yaratmışdır. Bülbülün ifaçılığında milli vokal üslubu
ilə italyan vokal üslubu üzvi şəkildə birləşibdir. Bülbülün redaktəsi
ilə "50 Azərbaycan el mahnısı" (1938) və Azərbaycan xalq mahnıları
(1956,58) çap edilib. 2 Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı, "Şərəf
nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni və medallarla təltif
edilmişdir.
Opera sahəsində
rolları:
Koroğlu (Koroğlu, Ü.Hacıbəyov)
Əsgər (Arşın mal alan, Ü.Hacıbəyov)
Qərib (Şahsənəm, R.M.Qlier)
Nizami (Nizami, E.Bədəlbəyli)
Fərhad (Xosrov və Şirin, Niyazi)
Aslan (Vətən, Q.Qarayev)
Saro (Anus, A.Tiqranyan)
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...