Oqtay Ağayevin ahıl yaşda da səsi cavan idi, fitrətdən gələn bir
sehrin gücü ilə səsi də cavan qalıb. Bəli böyük səslər qocalmır.
O, 1934-cü ildə Bakıda anadan olub. Bəhram Ağayevin ailəsində. Babası
Ədalət partiyasının sədri olub. 1937-də partiyanın digər üzvləri kimi
o da Komi respublikasına sürgün edilib. Digər «xalq düşmənləri» kimi
onlarında ailəsinin başına müsibətlər gəldi. Bütün var-yoxları, evləri
əlllərindən çıxandan sonra babalarının İçərişəhərdəki evində qalmalı
oldular. Ora köçərkən Oqtay Ağayevin üç yaşı olduğuna görə qonşuluqda
yaşayan Mir Mövsüm ağa haqqında o qədər
də təfərrüatlı xatirəsi
qalmayıb. Uşaqlıq illəri müharibə dövrinə təsadüf etdiyi üçün çox cətinliklə
keçib. Əsasən də 1941-54-cü illər Oqtay müəllim üçün çox ağır
keçmişdir.
Oqtay Ağayev uşaqlıq dövründən musiqini sevmişdir.1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olmuşdur.
Muəllimi Sofya İvanovna Xalfen olmuşdur. Təxminən 78 yaşlı bu qoca
qadın özü də müğənniydi. Oqtay Ağayevə vokalın sirlərini öyrədirdi,
vokalist kimi inkişafında böyük zəhmət çəkdi. Oqtay Ağayevin çox nadir
səsi var idi. Odur ki, müəllimi səsinin ahənginə uyğun romanslar,
serenadalar tapşırırdı.
Oqtay Ağayev əsgərlikdən qayıdandan sonra Firudin Mehdiyevin sinfində
təhsilimi davam etdirməli oldu. Firudin Mehdiyev konservatoriyada
ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı.
Oqtay Ağayev, Azərbaycanda iki böyük estrada orkestri olub. Oqtay
Ağayev hər iki orkestrin solisti kimi fəaliyyət göstərib. 1970-ci ilə
qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə
Radio və Televiziya Estrada Orkestrinin solisti olmuşdur.
O.Ağayev dünyanın bir çox xarici ölkələrində Afrika, əlcəzair, Marokko,
Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumınya və s. keçmiş SSRİ-nin bütün
respublikalarında qastrol səfərlərində olmuşdur. Bir çox xarici
ölkələrdə uğurla çıxış etmişdir. 1962 Kreml Sarayında böyük konsert
vermişler, Oqtay Ağayev həmin sarayda 11 konsert vermişdir. Oqtay
Ağayev kino sənətində də fəaliyyət göstərmişdir. V.Mustafayevin "Yapon
və Yapon" filmində milis rəisi rolunda çəkilmişdir. "O qızı tapın", "Dağlarda
döyüş" və s. filmlərdə Oqtay Ağayev mahnılar ifa edib. Oxuduğu
mahnıların 200-dən çoxu lentə yazılmışdır. Azərbaycan və xarici ölkə
bəstəkarlarının xeyli mahnılarını ifa etmişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...