Azərbaycan bəstəkarı, pedaqoq və ictimai xadim. SSRİ xalq artisti
(1959). Sosialist Əməyi Qəhrəmanı(1978). SSRİ Dövlət Mükafatı Laureatı
(1946-48) M.F.Axundov adına respublika mükafatı laureatı (1965). Lenin
Mükafatı laureatı (1967). Vətən operası (1945, C.Hacıyevlə birgə)
Yeddi gözəl (1952) İldırımlı yollarda (1958) Zamanın bayraqdarı (1959)
kantantasını yazmışdır. Qarayev Azərbaycan kinofilmlərinə (Xəzər
neftçiləri haqqında dastan (1953), Tarixin ibrət dərsi (1957), Uzaq
sahillərdə (1958), Mateo Falkone (1961), Qoyya (1971, F.Qarayevle))
musiqi bəstələmişdir. Qarayevin musiqi dili sahəsində yeniliklər
Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamışdır. 2 Lenin,
Oktyabr İnqilabi, Qırmızı Əmək Bayragı ordenləri ilə təltif olunub.
SSRİ Ali Sovetinin (5-9 cu çagırış) deputatı olmuşdur.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...