Rəşid haqqında AzeriArt.Net saytına yazmazdan əvvəl, mən onun haqqında yazılanları oxuyub,
çəkildiyi filmlərə baxıb, oxuduğu musiqiləri dinləyib və ən nəhayət
onun məzarını ziyarət etdim. Bütün bunlar mənə onun haqqında yazmağa
ilham verdi. Onun səsi indi də əsl musiqiyə qiymət verənlərin
xatirində yaşayır. Rəşid Məcid oğlu Behbudov- Görkəmli Azərbaycan
müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRI xalq
artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, 2 Lenin
Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif
olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur.
R.Behbudova Dağıstan xalq artisti, Gürcustan əməkdar incəsənət xadimi
fəxri adı verilmişdir. Görkəmli sənətkar və ictimai xadim, müstəsna
dərəcədə səmimi, mehriban insan, böyük istedad sahibi Rəşid Behbudov
özunun var qüvvəsini və biliyini Vətənə, incəsənətə xidmət işinə həsr
etmişdir. Onun adı Vətən və dünya musiqi-ifaçılıq mədəniyyətinin
tarixinə yazılmışdır. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər
Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. O
özünün bütün qüdrətli istedadını, tükənməz qüvvəsini, böyük
təcrubəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və
tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik
ideyalarına bərqərar etmişdir. Böyük sənətkar, alovlu vətənpərvər olan
Rəşid Behbudov öz qudrətli istedadını, çox böyük təcrübəsini və
biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə,
onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf
edirdi. O ömrü boyu öz yaradıcılığında bir vətənpərvər sənətkar
qarşısında duran vəzifələri dərindən başa düşür, vətənə, xalqa xidmət
etməyin ən parlaq nümunəsini göstərirdi. Onun mahnıları planetin bir
çox güşələrində səslənmişdir. Bu gözəl melodiyaları hər yerdə,
müxtəlif qitələrdə fərəh və minnətdarlıq hissi ilə dinləyirdilər.
Doğma diyarın bütün gözəlliyini, onun adamlarının mehribanlığını,
səmimiliyini, qayğıkeşliyini özünün ecazkar səsi, özünün təkrarsız
gözəlliyi ilə tərənnüm etməkdə, böyük, gözəl vətənimizdən, hər bir
adam üçün əziz olan sülh, dostluq və əmin-amanlıq şəraitində xoşbəxt
həyat haqqında mahnı dili ilə söhbət açmaqda onun tayı-bərabəri yox
idi. Yalnız gözəl torpaq, yalnız namuslu xalq belə bir oğul böyudə
bilərdi.
Maestro Behbudovun mahnılari biz cavan nəslin atalarının gənclik
vaxtlarının mahnısı olmuşdur. O vaxtdan 30-40 il keçməsinə baxmayaraq
hələ də biz gənclər tərəfindən sevilir. Bu mahnılar Azərbaycanı
dünyaya tanıtdı, onlara bu diyarın gözəl musiqisi ilə ilk dəfə tanış
olmaq imkanı verdi. Səməd Vurğunun "Azərbaycan" şeri, bu müqəddəs
misraları Rəşid Behbudov öz əfsanəvi səsinin qanadlarında bütün
dünyaya, bütün xalqlara çatdırdı. KQB-nin bütün təzyiqlərinə
baxmayaraq, Rəşid Behbudov bütün konsertlərini "Azərbaycan" mahnısı
ilə başlayırdı. Azərbaycan sözü onun vizit vərəqəsi idi. Rəşid cismən
aramızda yoxsa da, səsi əbədi yaşayacaqdır. Müdrik xalqımız öz şair-bəstəkar
qəlbi ilə eşqə "ölməz" deyib. Rəşid Behbudov sənəti ilə ölməzdir.
Azərbaycan əzəldən şer, musiqi, gözəl səslər beşiyi sayılmışdır.
Rəşid Behbudov bu müqəddəs beşikdə püxtələşmiş, nəhayətdə özü bir
ifaçılıq məktəbinə çevrilmişdir. Nəinki Azərbaycanda, hətta başqa
respublikalarda da onlarca müğənni onun yolunu seçmiş, hətta Rəşid
manerasını təqlid də etmişdilər, ancaq heç biri Rəşid Behbudov
zirvəsinə yüksələ bilməmişdilər. Rəşid elə tək-vahid Rəşid olaraq
qalmışdır. Azərbaycan ifaçılıq həyatının bütöv bir dövrünü onsuz
təsəvvür etmək olmur. Nəvvabi, Üzeyiri, Bülbülü, Cabbar Qaryağdıoğlunu,
Seyid Şuşinskini, Xan Şuşinskini, Fikrət Əmirovu, Niyazini yetişdirən
musiqi beşiyi Qarabağda uşaqlıq və gənclik illərini keçirən, Nizami,
Füzuli, Səməd Vurğun dühasından ilham alan Rəşid Behbudov öz sənəti
ilə bizdə işıqlı bir ümid doğururdu, bizə dünyanın fəlsəfəsini açırdı,
daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Rəşidin səsindəki
həzin lirizm bizə ana məhəbbətini, körpə pıçıltısını, gəlin həyasını-bir
sözlə vətənin, insan ürəyinin qüdrətini və genişliyini təlqin edirdi.
Bu səs bizi sevgiyə, şəfqətə, doğruluğa, düzgünlüyə, saflığa,
təmizliyə çagırırdı. Azərbaycanın elə bir şəhəri və rayonu, qəsəbəsi
və kəndi yoxdur ki, sənətkarımızın ayaği oraya dəyməmiş olsun.
Dünyanın hər yerində, bütün keçmiş SSRİ və respublikalarında yüz
minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni
Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi olmuşdur.
Beynəlmiləlçi ustad dünyanın bir çox ölkələrini gəzmiş, qastrol
səfərlərinə çıxmış, dinləyicilərinə həmişə Azərbaycan mahnılarının
təkrarsız təravətini çatdırmışdır. Azərbaycan Rəşid Behbudoun vətəni
kimi də tanınmışdir.
Onun atası, Məcid Behbud Alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan
muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq-musiqi
incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı
Vəkilova əslən Qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan
Azərbaycan məktəblərində rus dilini keçmişdir. 1933-cü ildə Rəşid
məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan "Müstaid" yay konsertinə
iştirak etməyə dəvət edirlər .O, böyük müvəffəqiyyətlə instrumental
ansamblın müşaiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir. Sonra
Rəşid dəmiryolu texnikumuna daxil olur. Və orada müstəqil tələbə
orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə
başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində
olurlar. Qəflətən Behbudov yerevan konsert kollektivinin birindən dəvət alır. Behbudov Bakıda qastrol səfərində olarkən qurulusçu rejissorlar
onun Ü.Hacibəyovun operettasında ifa etdiyi parçaları dinləyirlər,
eləce ona "Arşın mal alan" filmində Əsgər obrazı verilir. Arşın mal
alan filminin şöhreti artır. Az sonra bu film Sovet İttifaqinin bütün
şəhərlərində, xarici ölkələrdə göstərilir. 1946-ci ildə filmə Dövlət
Mükafatı verilir."Arşın mal alan" filmi Behbudova dünya söhrəti
gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obraz-Əsgər
obrazı, mügənninin şirin və könül oxşayan səsi həm tamasaçılarını, həm
də xarici ölkə tamaşaçılarını valeh etmişdir. Sovet kinosunun qızıl
fonduna daxil olmuş həmin film 50 ildən çoxdur ki, müvəffəqiyyətlə
göstərilir. 1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini
eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət
əlaqələri bərkiyir. Behbudovun repertuarında Azərbaycan, Neftçi
mahnısı, Züleyxa-xanım və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri
F.Əmirovla yaxşılaşır. Maestro bəstəkarın Gülüş, Ulduz romanslarını,
Sevdiyim yardır və b. mahnılarının ifa edir.
R.Behbudov özünün parlaq yaradıcılıq və ictimai fəaliyyəti ilə
xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək
edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq
gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan,
Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya,
İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Efqanıstan, Türkiyə,
İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan,
Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə
olmuşdur. Bir çox görkəmli bəstəkarlarının mahnıları R.Behbudovun
ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir. Daha
sonralar Behbudovu qastrol səfərlərinə dəvət edirlər.O səfərlərində
incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil edir. 1952-ci ildə
sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov
Hindistanda Azərbaycan bəstəkarları- Ü.Hacəbəyov, S.Rüstəmov, F.Əmirov,
T.Quliyev, C.Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda
özünə yeni dostlar tapır, onların arasında Baliqa-həkim və tanınmış
kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur olur. 1957-ci ildə
Hindistandan Azərbaycana hind musiqi instrumentləri kolleksiyasını
Rəşid Behbudova hədiyyə yollayırlar. R.Behbudov bu ölkəyə səfəri
haqqında "Uzaq Hindistanda" kitabını yazır. Daha sonralar Behbudov
Neft Daşları, Gəncə, Daşkəsən ,Zaqatala, Turut-Saradjin təpəsində,
Alagöz yaylaqlarında olmuşdur. Yüksək peşə mədəniyyətinə, böyük vokal
və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera
sənətinin inkişafına sanballı töhfə vermişdir. Premyerası 25 dekabr
1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman Balaş rolu
Behbudova tapşırılır. F.Əmirovun "Sevil" operasında onun yaratdığı
Balaş obrazı-dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə
uğurlarından biri kimi, geniş miqyasda təqdir olunmuş, respublikanın
ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bu vaxta qədər o
lirik, xarakter-janr əsərlərinin və əsasəndə xalq mahnı yaradıcılıığı
ifaçısı kimi tanınmışdır.Yeni spektaklda o özündə vokal-dramatik
texnikasını hiss etdi. 1954-cü ildə Behbudov yenə ekranda göründü, bu
dəfə "Doğma Xalqıma" sənədli filmində, hansı ki, Azərbaycan
incəsənətinin nailiyyətləri haqqında kinopoema olmuşdur.
Behbudovu 1954-ci ildə Hindistana qastrol səfərlərinə çağırırlar.
Hindistanda Behbudovu köhnə tanış kimi qarşılayırlar. Onun mahnılarını
bilir və onunla bərabər ifa edirlər. Daha çox Behbudovun ifasında
populyar hind bəstəkarı Robi Şankarın, sözləri tanınmış hind şairi
Alama İqbalın "Bütün ölkələrdən ən yaxşısı mənim Hindistanım" (Sare
çaxasa açça Xindustan xumara) mahnısı səsləndirilir. Sonra Behbudovu "Sevimli
Mahnı" filmində Bəxtiyar rolu həvalə olunur. Aktyor öz rolu ilə həyata
atılmış gənc obrazı yaradır. R.Behbudov Azərbaycanda estrada janrının
banilərindən biridir. Nəhayət 1957-ci ilin fevral ayında Azərbaycan
Dövlət filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı
yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına,onun
geniş kütlələr arasında şöhrətlənməsinə kömək etdi. 1961-ci il
Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli-Bayramlı, Mingəçevir, Ağdaş,
Göyçay, və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına
musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq
axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı
yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu.
70-ci illərdə Rəşid Behbudov yenə ekranlarda "1001-ci qastrol"
filmində gorünür. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid
Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır.
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...