Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının
banisi.
SSRİ xalq artisti (1938). Azərbaycan Bəstəkarlar İttifaqının sədri
(1938-48). SSRİ Dövlət Mükafatı Laureatı (1941,46). Üzeyir Hacıbəyov
XX yüziliyin I yarısında dünya musiqi mədəniyyətində öz sözünü demiş,
öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biridir. O, öz
yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi
mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən
böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən
biridir.
Üzeyir Əbdul Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa
yaxınlığındakı Ağcabədi kəndində anadan olmuşdur. 1899-1904-cü illər –
Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı
bitirərək kənd müəllimi adını almışdır. 1905-ci il – Şuşada tərəqqipərvər «Cavanlar İttifaqı» təşkilatının
üzvü olmuş daha sonra Bakı şəhərinə köçmüş və ədəbi-publisistik
fəaliyyətə başlamışdır. 1907-ci il –«Leyli və Məcnun» operası üzərində
işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun «Siyasi,
hüqüq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və
tatarca-rusca lüğətləri» çapdan çıxmışdır; bu lüğətlər maarifçilik
sahəsində böyük rol oynamışdır. Azərbaycanda müasir professional
musiqi tarixinin əsasını qoyan «Leyli və Məcnun» operasının ilk
tamaşası 25 yanvar, 1908-ci ildə olmuşdur.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni
gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoylmuş,
Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir
sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmışdır.
Hacıbəyovun 1908-ci il yanvarın 25-də Bakıda H.Z.Tağıyevin
teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda
deyil, bütün müsəlman şərqində opera sənətinin əsası qoyulmuşdur.
Üzeyir Hacıbəyov 1909-15-ci illərdə bir-birinin ardınca "Şeyx Sən'an"
(1909), "Rüstəm və Söhrab" (1910), Şah Abbas və Xurşid banu" (1912), "Əsli
və Kərəm" (1912), "Harun və Leyla (1915)" əsərlərini yazmışdır.
Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. "Ər
və arvad" (1909), "O olmasın bu olsun" (1910), "Arşın mal alan"
musiqili komediyaları və s. 1937-ci il aprelin 30-da Opera və Balet
Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası "Aşıqsayağı"
triosu (1931) il və s. Hacıbəyovun Böyük Vətən Müharibəsi illərində "Çağırış","Yaxşı
yol", "Ananın oğluna nəsihəti", "Şəfqət bacısı", "Döyüşçülər marşı" və
s. vətənpərvər ruhlu mahnılar, eləcədə xalq çalğı alətləri orkestri
üçün "Cəngi"(1941) pyesini, "Vətən və Cəbhə" (1942) kantatasını
bəstələmişdir. "Sənsiz"(1941) və "Sevgili canan" (1943) romans-qəzəlləri
xüsusi yer tutur. Hacıbəyov həyatının son illərində "Firuzə" operası
üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası
qalmışdır. Hacıbəyovun "Arşın mal alan " musiqili komediyası ingilis,
alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə
tərcumə edilmiş, xarici dövlətələrdə tamaşaya qoyulmuşdur. Hacıbəyovun
"Arşın mal alan" musiqili komediyası 1917 ildə (rejissor B.Svetlov),
1945 ildə (rejissorlar R.Təhmasib, N.Lesçenko) və 1965 ildə (rejissor
T.Tağızadə), "O olmasın bu olsun" (rejissor H.Seyidzadə) 1956 ildə
ekranlaşdırılıb. "Arşın mal alan" (1945) filminə görə rejissorlar R.Təhmasib
və N.Lesçenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli,
E.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev SSRİ Dövlət Mükafatına
(1946) layiq görulmüşlər.
O, ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam)
nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı
musiqişünas-alimdir. Üzeyir Hacıbəyov, yüz illik dövr keçsə də, hələ
də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist,
felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyov görkəmli
yenilikçi, müəllim-ustad və Azərbaycanda iən böyük musiqiçi-ictimaiyyətçı
kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı
və ilk yolgöstərəni, sükançısı kimi Azərbaycan xalqının tarixində və
mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq.
Ü.Hacıbəyova həsr olunan 2 seriyalı "Üzeyir Hacıbəyov" və "Uzun
ömrün akkordları" (1982, rej. Anar) film çəkilmişdir. Ü.Hacıbəyov
1948-ci il 22 noyabrda vəfat etmişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...