Azərbaycan müğənnisi (lirik soprano). SSRİ xalq artisti(1980). Azərb.SSR
xalq artisti(1975). Azərb. SSR əməkdar artisti (1967).
Zeynəb Yahya qizi Xanlarova 28 Dekabr 1936-ci ildə Bakıda anadan olub.
1961-ci ildə A.Zeynallı adına Bakı musiqi məktəbinin S.Şuşinski
sinifini bitirmişdir. Zeynəb Xanlarova Opera və Balet Teatrına Şəmsi
Bədəlbəylinin dəvəti ilə gəlir. 1961-ci ildə ilk dəfə "Leyli və Məcnun"
operasında "Leyli" rolunda çıxış etdi. Tamaşanın uğurla keçməsi gənc
Zeynəbin parlaq gələcəyindən xəbər verirdi. 1961 ildən başlayaraq
Opera və Balet Teatrının solistidir. Ü.Hacibeyovun "Leyli və Məcnun"
və "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaratmışdır.
Zeynəb Xanlarovanın repertuarında muğamlardan (Şahnaz, Qatar, Bayatı-Şiraz,
Mahur və s. təsniflərdən (Şur, Çahargah, Dilkəş) və s. Azərbaycan xalq
mahnıları, bəstəkarlardan (Q.Qarayev, F.Əmirov, T.Quliyev.
C.Cahangirov, A.Məlikov, E.Sabitoğlu, A.Tağıyev və b.) mahnıları geniş
yer tutur. Zeynəb Xanlarova Azərbaycan mügənni qadınlari içərisində "Çahargah"
muğamının ilk ifaçılarındandır. Zeynəb Xanlarova SSRİ, Çexoslavakiya,
Bolqarıstan, Macarıstan, Fransa, İspaniya, İsveç, İsveçre, Danimarka,
Kipr ,Türkiyə, İraq, Əfqanıstan, Yaponiya və s. ölkələrdə qastrol
səfərlərində olmuşdur. Zeynəb Xanlarova haqqında "Salam Zeynəb" adlı
sənədli film çəkilmişdir. 1986-cı ildə Melodiya musiqi şirkəti ona
Qızıl Valı təqdim etmişdir. Azərb.SSR Ali Sovetinin (11- ci çağırış)
deputatıdır. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...