Böyük sevinc və qürur hissi ilə bildirmək istəyirik
ki, Azərbaycan mədəniyyətinə həsr olunmuş AzeriArt.Net səhifəsinin fəaliyyətə
başlamasının doqquz ili tamam olmuşdur. Yeni dizayn və zəngin məzmunu ilə
sizin xidmətinizə təqdim edilən bu səhifədə siz Azərbaycan mədəniyyətinə,
60-80-ci illərin Bakısına bir daha səyahət
edəcəksiniz. Necə deyərlər, gəlin, görün, şahidi olun.
AzeriArt.Net Team ® layihəsi olan AzeriArt.Net saytı- Azərbaycan
internetində ən çox ziyarət edilən saytlardandır.
Deməyi bizdən, ziyarət etməyi sizdən.
Qeyd: Saytın dizaynında bəzi elementlər Rusiya telekanalının saytından
götürülmüşdür.
AzeriArt.Net Team ® layihəsi olan AzeriArt.Net saytı-
mədəniyyətimizin anlamlı bir şəkildə qavranılması naminə, 60-80-ci illərin
Bakısına bir daha səyahət etmək, 60-80-ci illərin Retro, Nostalji mədəniyyətini
yaşatmaq üçün hazırlanmışdır.
1998-ci ildən fəaliyyət göstərən sayt mütəmadi olaraq yenilənir.
Fəaliyyət göstərdiyi 9 il ərzində “İnternet News” qəzetinin keçirdiyi
2002-ci ilin ən yaxşı Mədəniyyət Səhifəsi nominanti seçilmiş, 2006-cı
ildə idə “NETTY” Milli İnternet Mükafatının “MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT”
sertifikatını almışdır, 2007-cı ildə isə “NETTY” Milli İnternet
Mükafatının “ƏYLƏNCƏ” sertifikatını almışdır. Dövrü mətbuatda
dəfələrlə AzeriArt.Net saytı haqqında yazılar dərc olunmuşdur.
AzeriArt.Net saytı Azərbaycanda analoqu olmayan Retro versiyada bir
saytdır. Başlıcası da odur ki, bu sayta tək cavan nəslin nümayəndələri
deyil gənclik illəri 60-80-ci illərə təsadüf edən insanlar da çox böyük
maraq göstərir. Sayta girən hər bir şəxs 60-80-ci illərə dönərək, bir
növ mənəvi qidalanacaq, nostalji hisslərlə əhatə olunacaqdır. www.azeriart.net - Azərbaycan mədəniyyətinin internetdəki evidir.
Heç bir ictimai-siyasi təşkilat və qeyri
hökümət təşkilatları ilə əlaqəsi olmayan AzeriArt.Net saytının əsas hədəf
və məqsədləri aşağıdakılardır:
virtual aləmdə azərbaycanlı istifadəçiləri bir araya toplamaq;
elmi-kütləvi, maarifləndirici, publisist, mədəniyyətimizlə bağlı və s. səpgili
yazıların yazılmasına,
Retro, Nostalji tipli yazıların yazılmasına, 60-cı illərin
Bakısına bir daha səyahət etmək;
dövrün erroziyasına uğrayan milli adət-ənənələrimizi, ədəbi
irsimizi yaşatmaq, unudulanları yenidən yaddaşlarda bərpa etmək;
ədəbi üfüqümüzü genişləndirmək və dini-fəlsəfi təfəkkürdə
irəliləyişə nail olmaq;
AzeriArt.Net saytının bazasında fəaliyyət göstərən forumun əsas hədəf
və məqsədləri aşağıdakılardır:
keçmişdə itirdiklərimizi idrak etmək və gələcəyimizin qayğısına
qalmaq və s.
Misilsiz nemət və zənginliklərə sahib ölkəmiz haqqında
tanıdıcı mövzuların yazılması;
qarşılıqlı fikir mübadiləsi şəraitində müxtəlif sahələrdə
mövcud olan nöqsanların, yaranmış problemlərin aradan qaldırılmasına xidmət
etmək.
Bir daha sizlərə dəyərli vaxtınızdan ayırıb saytımıza göstərdiyiniz maraq
və diqqət üçün öz dərin təşəkkürümü bildirirəm.
Səbuhi İbrahim oğlu NOVRUZOV
AzeriArt.Net saytının təsisçisi
60-cı illərin Bakısı...
Hər səhər yuyulan küçələr, harasa tələsən xoş simalı insanlar... Küçələrdə olan
reproduktorlardan səslənən həzin musiqi sədaları... Şəhərin mərkəzində tramvay,
troleybuslar...