Azərbaycan bəstəkarlarının kinomusiqi
sahəsində aktiv fəaliyyəti 30-cu illərdən başlayır. Düzdür əvəllər də
Bakıda çəkilən filmlərin nümayişi müxtəlif xarakterli musiqi ilə
müçayiət edilirdi. Musiqi fonu- milli musiqi həm Azərbaycan musiqi
ansamblı, müğənni-xanəndələr, eləcə də avropa üslublu musiqi-pianoçuların,simli
ansamblların çalğısı ilə yaradılırdı. İlk musiqi nümunəsi kimi
Niyazınin "Almas" (rej.A.Quliyev) filminə yazdığı musiqini göstərmək
olar. Bundan sonra çəkilən filmlərdə ("Kəndlilər" rej.S.Mərdanov,1939)
əsasən xalq musiqisi nümunələrinin geniş istifadəsi üzərində
qurulurdu. 1934-cü ildə çəkimiş "Azərbaycan" incəsənəti" filmində milli
musiqi mədəniyyətinin böyük simaları - Ü.Hacıbəyov, H.Sarabski, Ş.Məmmədova, Bülbül, C.Qaryağdı, Q.Pirimov və başqalarının fəaliyyəti işıqlandırılrdı. Filmdə Şərqdə ilk olaraq-
Ü.Hacıbəyovun "Leyli və Məcnun", R.Qliyerin xüsusi olaraq Bakı üçün
bəstələdiyi "Şahsənəm" operalarından fraqmentlər göstərilmişdi. "Kəndlilər"(rej.S.Mərdanov,1939)
filmində Niyazinin bəstələdiyi musiqidə müşayiətçi,təsviredici
xassələr üstünlük təşkil etsə də, filmdə baş verən hadisələrin
emosional gücünü ümumiləşdirən musiqi parçaları da diqqəti cəlb edir.
Azərbaycan kinomusiqisində keyfiyyətcə yeni mərhələsi milli
bəstəkarlıq məktəbinin iki böyük nümayəndəsi- Qara Qarayev və Tofiq
Quliyevin adı ilə bağlıdır.Hər iki bəstəkarın kinomusiqisi sahəsində
ilk qələm sınaqları 40-cı illərə aiddir. Qara Qarayevin müxtəlif
janrlı-sənədli, bədii kinofilmlərə yazdığı musiqi yüksək bədii
məziyyətləri,dramaturji vüsəti,parlaq ümumiləşdirici təsir gücü, əsl
simfonik mahiyyəti ilə fərqlənirdi. Qara Qarayev kinomusiqini
müşayiətedici passivlikdən çıxararaq filmin ümumi dramaturji sütununun
əsas daşıyıcılarından biri kimi şərh edir. Tofiq Quliyevin
kinomusiqisində musiqi ideyasının daşıyıcısı-mahnıdır. Bəstəkarın
dillər əzbəri olmuş ən populyar mahnıları "Bəxtiyar",
"Qızmar günəş
altında", "Telefonçu qız", "Onu bağışlamaq olarmı?", "Ögey ana", "Nəsimi", "Qayınana" və s. filmlərə yazılmış musiqilərdir. Rauf Hacıyevin kinomusiqisində
estrada janrı ilə milli mahnı ənənələrinin sintezi başlıca cəhətdir. "Romeo mənim qonşumdur", "Əhməd haradadır?" filmləri buna yaxşı misaldır.
Fikrət Əmirovun kinomusiqisi onun yaradıcılığının səciyyəvi
prinsiplərini - parlaq millilik, xalq musiqisi ənənələrinə möhkəm
bağlılıq, emosional dolrun ifadə tərzi məcrasındadır. Azərbaycan
kinosunun musiqi tərtibatı işinə milli bəstəkarlıq məktəbinin demək
olar ki, bütün tanınmış nümayəndələri cəlb edilmişlər. Arif Məlikovun
kinomusiqisidə əsas obraz daşıyıcısı kimi simfonik janrın dramatik
vüsəti, hisslərin poetik , romantik imkanlarından geniş istifadə
olunub. Əsasən mahnı ustası kimi tanınmış Emin Sabitoğlunun lirik-mahnı
üslublu musiqi obrazları diqqəti cəlb edir.Onun filmlərə yazdığı
mahnılar təkcə tətbiqi xarakterli musiqi nömrəsi əhəmiyyəti daşımır,
həm də filmin ümumi dramaturji istiqamətini, mühüm anlarını
gücləndirir. Onun musiqisi ekranda görünən və görünməsə də duyulan
məxfi mənaların, emosiyaların daşıyıcısıdır. Aqşin Əlizadənin
kinomusiqisində emosional-psixoloji nüanslarla,pastoral çalarları
özündə birləşdirən şəffaf bir təbəqə kimi şərh edir. Polad Bülbüloğlu
musiqinin müxtəlif janrlarından məharətlə istifadə edir. İstər
foliklor, istərsə də estrada janrınıdan virtuoz səviyyədə, yüksək
professionallıqla yerini dəqiq müəyyənləşdirməyi bacarır. Azərbaycan
kinosunun bəlkə də yeganə qüsursüz cəhəti onun kinomusiqisidir. Bəstəkar üslubunun yetkinləşməsində kino musiqisi böyük rol oynamışdır. Məhz kino spesifikası ilə ünsiyyətdə yeni dramaturji prinsiplər, ifadə
vasitələrinin parlaqlığı,intonasiyanın tutumluluğu kimi cəhətlər
formalaşırdı.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər
yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan
reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin
mərkəzində tramvay, troleybuslar...