|
Arşın Mal Alan
"Arşın mal alan" filmi-böyük Azərbaycan bəstəkarı
və dramaturqu Üzeyir Hacıbəyovun məhşur musiqili
komediyasının əsasında ekranlaşdırılmışdır. Gənc tacir
Əsgər evlənmək qərarına gəlir. O gəlini
özü seçmək istəyir. Lakin o vaxtın qanunu bəyə
gəlini toya qədər görməyə icazə vermir.
Dostu Suleymanın məsləhəti ilə, Əsgər
arşınmalçı paltarı geyinib evdən-evə gəzir və
parçalar satır. Əsgərin gözəl səsi olur və
bu da qizların diqqətini cəlb edir. Axır ki, Sultanbəyin
evində o, gözəl Gülçöhrəni görür və ona aşiq
olur. Əsgər öz xalası ilə Gülçöhrənin elçiliyinə
Sultanbəyin evinə gedir. Sultanbəy Əsgəri
evdən qovur. Əsgər öz dostu Süleymanı elçiliyə
yollayır. Sultanbəy qızına onu varlı tacirə vermək
qərarini deyir. Əsgər Gülçöhrəni qaçırdır. Sonra
hər şey məlum olur; arşınmalçı başqası yox həmin
varlı tacirdir. Böyük sevinclə eyni anda 4 toy; Əsgərin
Gülçöhrə ilə, Süleymanın Asya ilə, Vəlinin Telli
ilə və Sultanbəyin Cahan xala ilə keçirilir.
|
Azərbaycanfilm
1945
Ssenari
muəllifi - S.Rəhman
Quruluşçu rejissorlar - R.Təhmasib, N.Lescenko
Operatorlar - A.Atakişiyev, M.Dadaşov
Bəstəkar - Ü.Hacıbəyov
Rəssam - Y.Svets
- Geri
|
ROLLARDA:
Əsgər - R.Behbudov
Güçöhrə - L.Bədirbəyli
Süleyman - İ.Əfəndiyev
Sultanbəy - A.Hüseynzadə
Vəli - L.Abdullayev
Cahan - M.Kələntərli
|
|