|
Həzi Aslanov
1924-30 illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. Böyük Vətən
müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva
ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və komandanlığın
tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Həzi Aslanov Qırmızı Ulduz ordeni
ilə təltif edilmişdir. Aslanovun 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin
tank ordusunun darmadağın edilməsində xüsusi məharet göstərmişdir. Həzi Aslanova
Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Hey'ətinin
Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığının nümunəvi
surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe
olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu
Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilsin. Aslanovun polkuna
isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad
olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun
35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad
etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik
sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı
vuruşmada qəhrəmancasına həlak olmuşdur. Həzi Aslanov, Böyük Vətən müharibəsi
cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq
ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli
Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.
Geri
|