|
Bülbül
Azərbaycan
opera muğənnisi (lirik-dramatik tenor), xanendə, musiqi
folkloru tədqiqatçısı. SSRİ xalq artisti (1938).SSRİ Dövlət
mükafatı laureatı (1950). 1924 ildən Azərbaycan Opera
və Balət Teatrının solistidir. Bülbülün repertuarında
Qərbi Avropa və rus klassiklərinin əsərləridə
"Karmen", "Aleko", "Riqoletto" və s. xalq mahnılarından "Süsən
sünbül", "Yaxan düymələ", "Qara gözlər", "Çal oyna",
"Segah təsnifləri" və s. Bülbül A.Zeynallının "Ölkəm",
Ü.Hacıbəyovun "Sənsiz", "Sevgili canan" romanslarının
ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz
musiqi obrazları yaratmışdır. Bülbülün ifaçılığında milli vokal
üslubu ilə italyan vokal üslubu üzvi şəkildə birləşibdir.
Bülbülün redaktəsi ilə "50 Azərbaycan el mahnısı"
(1938) və Azərbaycan xalq mahnıları (1956,58) çap edilib.
2 Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı, "Şərəf
nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni və medallarla təltif
edilmişdir.
Opera
sahəsində rolları:
Koroğlu (Koroğlu, Ü.Hacıbəyov)
Əsgər (Arşın mal alan, Ü.Hacıbəyov)
Qərib (Şahsənəm, R.M.Qlier)
Nizami (Nizami, E.Bədəlbəyli)
Fərhad (Xosrov və Şirin, Niyazi)
Aslan (Vətən, Q.Qarayev)
Saro (Anus, A.Tiqranyan)
- Geri
|