|
Ziya Bünyadov
Ziya Bünyadov 1933-cu illərdə Bakı Ümumqoşun məktəbində oxuyub.Təhsilini bitirərək zabit kimi müharibəyə yollanıb. Böyük Vətən müharibəsi cəbhələrində vzvod, rota və batalyon komandiri kimi
şərəfli döyüş yolu keçib. Leytenant Ziya Bünyadov 1942-ci ildə Mozdok yaxınlığında ilk döyüş sınağından çıxmışdır. 1945-ci il yanvarın 14-də
Ziya Bünyadov əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində
strateji əhəmiyyetli körpünü tutub. Həmin döyüşdə rota 100 nəfər hitlerçini məhv
edib, 45 nəfər əsir götürüb və düşmənin döyüş texnikasını ələ keçirib. Bu qəhrəmanlığına görə, SSRİ Ali Soveti Rəyasət He'yətinin 1945-ci il 27 fevral
tarixli fərmanı ilə bölmənin komandiri Ziya Musa oğlu Bünyadova ən yüksək fəxri
ad - Sovet İttifaqı Qəhrəmanı adı verildi. Ziya Bünyadov, Vətən müharibəsi
cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Qırmızı Bayraq, Qırmızı
Ulduz, Aleksandr Nevski, II dərəcəli Vətən Müharibəsi Ordenləri, "Qafqazın
Müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə"
və "Almaniya üzərində qələbəyə görə" medallari ilə təltif edilmişdir.
Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək Ziya Bünyadov Berlinin Pankov rayonunda
hərbi komendant yardımçısı kimi çalışıb. Ölkənin quruculuq həyatında da fərqlənən
qəhrəman Ziya Bünyadov Almaniyanın ən yüksək mükafatlarından biri
-"Vaffenbrudersaft" qızıl medalı ilə təltif edilib. Almaniyanın Gənclər
İttifaqı
isə Ziya Bünyadovu "Artur Bekker" qızıl medalına layiq görüb. Sonra 1946-cı ildə
Moskva Şərqşünaslıq İnstitutuna daxil oldu və sonra aspiranturanı bitərərək
1954-cü ildə dissertasiya müdafiə etdi. Daha sonra akademik Ziya Bünyadov Elmlər
Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin
üzvü oldu. Həyatının son illəri Tacəddin Es-Salmaninin "Tarixnamə",
V.V.Bartoldun "Xəzəryanı vilayətlərin müsəlman aləminde yeri" əsərlərini tərcüme
etmişdi. "Dinlər, təriqətlər, məzhəblər" adlı qiymətli elmi və "Polis məmuru
Dümbül bəyin macərası" (bənzətmə), "Naxçıvan sancağının müfəssəl dəftəri",
"Tarixnamə" bədii əsərlərini yazmışdır.
Geri
|