|
Hüseyn Ərəblinski
Azərbaycanın
opera artisti (lirik tenor). Azərb.SSR əməkdar incəsənət xadimi (1943). Kiçik
yaşlarından teatr həvəskarları dərnəklərində və xalq mərasim tamaşalarında
iştirak etmişdir. Səhnə fəaliyyətinə 1910 ildə "Nicat" xeyriyyə cəmiyyətinin
teatr truppasında başlamışdır. Azərbaycanda qadın artistlərin olmaması üzündən
inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediyalarında, əsasən, qadın
rollarını ifa etmişdir. Rolları: Leyli, Əsli, Gülnaz, Gülçöhrə ("Leyli və
Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü.Hacıbəyov),
Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyov) və s. Dram tamaşalarında da çıxış
etmişdir. Ağdamski 1921-ci ildən pedaqoji fəaliyyet göstərmişdir.
- Geri
|