|
İsrafil Məmmədov
1939 ildə könüllü olaraq sovet ordusu sıralarına getmişdir. 1941 ilin dekabrında
İsrafil Məmmədovun Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında düşmənin
həmlələrini dəf etmişdir. İsrafil Məmmədov, 20 nəfər döyüsçü ilə 2 faşist
batalyonuna müqavimət göstərdi, düşmənin 300-dən çox əsgər və zabitini məhv
etdi. Bu ölüm-dirim çarpışmasında fövqəl'adə qəhrəmanlıq göstərən İsrafil
Məmmədov şəxsən 70 nəfərdən çox faşist əsgər və zabitini öldürmüşdür. SSRİ
Ali Soveti Rəyasət Hey'ətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə İsrafil
Məhhərəm oğlu Məmmədov alman faşist işğalçılarına qarşı vuruşlarda göstərdiyi
igidlik və qəhrəmanlığa yüksək fəxri ada görə Sovet İttisfaqı Qəhrəmanı
adına layiq görüldü. İsrafil Məmmədov ilk Azərbaycanlı Sovet İttifaqı
Qəhrəmanıdır. 1941-ci ilin dekabrın 15-də döyüş meydanında Azərbaycan xalqının
mərd oğluna Lenin ordeni və "Qızıl Ulduz" medalı verildi. İsrafil Məmmədov adı
Uzaq Şərqdə, Sibirdə, Qafqazda, Şimal donanmasında əziz tutulan bir qəhrəman idi
Geri
|