|
Mehdi Hüseynzadə
"Mixaylo" ölməz qəhrəmana verilən bu ləqəb, uzaq Adriatik sahillərində qaniçən
faşistlərə qarşı mübarizə bayrağını yüksəklərə qaldıran xalqların dilinin əzbəri
olmuşdur. Xalqımızın iftixarı olan Mehdi Hüseynzadə, Vətənimizdən çox uzaqlarda
faşist düşərgəsində ağır işgəncələrə mətanətlə sinə gərmiş, sonra əsir
düşərgəsindən qaçıb, Yuqoslaviya, Triyest, İtaliya partizan dəstələri ilə
düşmənə qarşı birgə amansız mübarizə aparmışdır. "Mixaylo" sözün əsil mə'nasında,
faşistlər üçün vahiməyə çevrilmişdir. Mehdi Hüseynzadə, 1918-ci ildə Bakıda
anadan olmuşdur. 1932-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil
olmuş və bu məktəbi bitirmişdir. 1937-ci ildə Mehdi Leninqrada gedib, Xarici
Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə yenidən Bakıya qayıdıb,
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda öz təhsilini davam etdirmişdir. Böyük
Vətən müharibəsi başlayarkən Mehdi Hüseynzadə tələbə idi. Gənc vətənpərvər,
təhsilini dayandırıb, kitab və fırçasını silahla əvəz etdi. 1942-ci ilin yayında
Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanan Mehdi
faşistlər tərəfindən əsir alındı. 1943-cü ilin sonlarında Mehdi, bir dəstə
azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya
partizanlarına qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq
italyan-yüqoslav körpüsü qərargahının xüsusi təxribat-kəşviyyat dəstəsini
yaratmışdı. Mehdi hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik
sahilində şəhər və kəndləri sərbəst gəzir, partizanlara lazım olan kəşviyyat
xəbərlərini toplayırdı. Faşistlər kino-filminə baxarkən "Mixaylo" öz cəsur
kəşviyyatçı dəstəsi ilə birlikdə Opçina kinoteatrının binasını partlatmışdı. Bu
əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən çoxu ağır
yaralanmışdı.
Geri
Davamı
|