Rəşid Behbudov


         Rəşid haqqında yazmazdan əvvəl, mən onun haqqında yazılanları oxuyub, çəkildiyi filmlərə baxıb, oxuduğu musiqiləri dinləyib və ən nəhayət onun məzarını ziyarət etdim. Bütün bunlar mənə onun haqqında yazmağa ilham verdi. Onun səsi indi də əsl musiqiyə qiymət verənlərin xatirində yaşayır. Rəşid Məcid oğlu Behbudov- Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRI xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, 2 Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur. R.Behbudova Dağıstan xalq artisti, Gürcustan əməkdar incəsənət xadimi fəxri adı verilmişdir. Görkəmli sənətkar və ictimai xadim, müstəsna dərəcədə səmimi, mehriban insan, böyük iste'dad sahibi Rəşid Behbudov özunun var qüvvəsini və biliyini Vətənə, incəsənətə xidmət işinə həsr etmişdir. Onun adı Vətən və dünya musiqi-ifaçılıq mədəniyyətinin tarixinə yazılmışdır. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayacaqdır. O özünün bütün qüdrətli iste'dadını, tükənməz qüvvəsini, böyük təcrubəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. Böyük sənətkar, alovlu vətənpərvər olan Rəşid Behbudov öz qudrətli istedadını, çox böyük təcrübəsini və biliyini Azərbaycan musiqi sənətinin inkişafına və çiçəklənməsinə, onun sosial fəallığının və beynəlmiləl əhəmiyyətinin artmasına sərf edirdi. O ömrü boyu öz yaradıcılığında bir vətənpərvər sənətkar qarşısında duran vəzifələri dərindən başa düşür, vətənə, xalqa xidmət etməyin ən parlaq nümunəsini göstərirdi. Onun mahnıları planetin bir çox güşələrində səslənmişdir. Bu gözəl melodiyaları hər yerdə, müxtəlif qitələrdə fərəh və minnətdarlıq hissi ilə dinləyirdilər. Doğma diyarın bütün gözəlliyini, onun adamlarının mehribanlığını, səmimiliyini, qayğıkeşliyini özünün e'cazkar səsi, özünün təkrarsız gözəlliyi ilə tərənnüm etməkdə, böyük, gözəl vətənimizdən, hər bir adam üçün əziz olan sülh, dostluq və əmin-amanlıq şəraitində xoşbəxt həyat haqqında mahnı dili ilə söhbət açmaqda onun tayı-bərabəri yox idi. Yalnız gözəl torpaq, yalnız namuslu xalq belə bir oğul böyudə bilərdi. 

Geri Davamı