|
Hacı Zeynalbdin Tağıyev
Azərbaycanın ən iri kapitalistlərinden biri, xeyriyyəçi. Əvvəllər bənna işləmişdir. Tağıyev 1872 ildə neftçıxarma işinə kapital qoymuş və sahibkarlıq fəaliyyətinə başlamışdır. 1911 ildə "Xəzər manufaktura cəmiyyəti"ni, 1916 ildə "Balıq sənayesi səhmdar cəmiyyətini təşkil etmişdir. Tağıyev yerli (1914) ildə Bakı ticarət bankını yaratmış və bank şurasının sədri seçilmişdir. Tağıyev Azərbaycanda məktəblər açdırmıç (ilk qız məktəbi-1901), milli teatr binası tikdirmiş (1883), burjua istiqamətli qəzet və jurnalların nəşrinə (Kaspi, Həyat, Fuyuzat və s.), mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına vəsait sərf etmişdir. Tağıyev ilk su kəmərini (1899-1917) "Şollar" su kəmərini çəkdirmişdir.
- Geri
|