Uzaq Sahillərdə

  


    "Uzaq Sahillərdə" filmi Azərbaycan xalqının mərd oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edir. Böyük Vətən müharibəsi Mehdini tələbə skamyasında qarşılayır. Bütün sovet xalqı Vətəni qorumaq üçün ayağa qalxır. Mehdi də cəbhəyə yola düşür. Stalinqrad döyüşlərində ağır yaralanan 24-yaşlı leytenant Hüseynzadə faşistlərə əsir düşür. Birinci imkanada o əsirlikdən qaçıb, hərbi əsirlər qruppası ilə italiya-yüqoslav partizan korpusuna qoşulur. Burada, vətəndən ayrı Adriatik dənizinin sahilində Mehdi "Mixaylo" adıyla misilsiz qəhrəmanlıqlar göstərir. Mixaylo öz yoldaşı Veselin və Anjelika ilə fəaliyyət göstərir. Tezliklə qorxmaz kəşviyyatçının adı İtaliya və Yuqoslaviyada məhşurlaşır. Hitlerçilər partizan hərəkatını yox etmək üçün hər vasitəyə əl atırlar. Onlar Mixaylonun başının qiymətini artırırlar. Təqiblərdən gizlənən zaman, Mehdi Vitovl kəndinə sıgınır. Hitlerçilər kəndi mühasirəyə alıb əhalini meydana qovub "Mixaylonu" vermələrini tələb edir, kəndi yandırıb və əhalini güllələməklə hədələyirlər. Xalqın qırılmasını istəməyən "Mixaylo" irəli çıxır və döyüşdə qəhrəmancasına həlak olur.


Azərbaycanfilm 1958

Ssenari müəllifləri - İ.Qasımov, H.Seyidbəyli
Quruluşçu rejissor - T.Tagızadə
Rəssamlar - D.Əzimov, K.Nəcəfzadə
Bəstəkar - Q.Qarayev
Səs operatoru - A.Kərimov
Rejissor - R.Şabanov
Mahnıların mətni - E.Dolmatovski

- Geri

ROLLARDA:

Mixaylo - N.Şaşıqoğlu
Veselin - Y.Boqolyubov
Anjelika - A.Elikova
Ferrero - Ə.Ələkbərov
Karranti - L.Bordukov
Mazelli - A.Fait
Rosselini - A.İsgənədərov

Şults - Q.Spiqel