Səməd Vurğun


   Azərbaycanın xalq şairi (1956). Azərb.SSR EA akademiki (1945), Azərb.SSR əməkdar incəsənət xadimi (1943). SSRİ Dövlət Mükafatı Laureatı (1941,42) adlarına layiq görülən Səməd Vurğun Azərbaycan Yazıçıları İttifaqının məsul katibi (1934-37), sədri (1941-48), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərb.SSR EA vitse-prezidenti (1954-56) olmuşdur. 1918 ildə Qazax müəllimlər seminariyasına daxil olmuşdur. Seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə müəllimik etmişdir. Öz ədəbi fəaliyyətinə 1926-cı ildən başlamışdır. İlk dəfə mətbuatda "Mavi göl" şe'ri ilə "Gənc isçi" qəzetində çıxış etmişdir. 1920-30 illərdə Vurğunun səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb etdi. Bu illərdə yazdığı "Şairin andı", "Aprel", "Fonar" kimi şe'rlər dərin ictimai-siyasi mə'na ilə dolu idi. Sonralar yazdığı şe'rlərində, "Şikəstəyə məktub", "Azərbaycan", "Şair, nə tez qocaldın sən...", "Ana", "Bahar", "Şuşa", "Bahar və mən", "Bəstəkar", "Göygöl", "Bakı" və s. Səməd Vurğun yaradıcılığının hər sahəsində gözəl sənət nümunələri yaradır.  Səməd Vurğun Azərbaycan şe'rində poema janrının böyük yaradıcısıdır.O, "26-lar", "Bəsti", "Talıstan", "Muğan", "Zəncinin arzuları", "Zamanın bayraqdarı", "Aygün", "Komsomol poeması" kimi poemalarını canlı və zəngin bədii boyalarla işləmişdir. Səməd Vurğunun yaratdığı dramlar bizim milli dramaturgiya və teatrlarımızın qarşısında yeni yüksəliş yollari açdı. O, "Vaqif" (1927), "Fərhad və Şirin" (1941), "Xanlar" (1939), "İnsan" (1945), "Şairin Həyatı", "İki Sevgi" kimi dramlar yazmışdır. 1938-ci ilin oktyabr aylarında Bakıda Azərbaycan Dövlət Dram Teatrında "Vaqif" poeması tamaşaya qoyulmuşdur. "Vaqif" pyesi Azərbaycan teatrının Moskvada qastrol səfərləri zamanı (1948) Moskvada göstərilmişdir. "Sovet Azerbaycanının 15 illiyi münasibəti ilə mən Azərbaycan nümayəndələrinin tərkibində Kreml qəbulunda öz şe'rlərimi oxuyurdum. Bu mənim həyatımda unudulmaz dəqiqələr idi. (Səməd Vurğun yazırdı.)" Səməd Vurğun "Yevgeni Onegin" Puşkin, "Qız və Ölüm" Qorki, "Pələng gönündə vityaz" Şota Rustaveli ,"Leyli və Məcnun" Nizami əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Səməd Vurğunun yaradıcılığı bütün Azərbaycan xalqı üçün qiymətli və əzizdir.

- Geri