1924-30 illərdə
Bakı və Leninqrad hərbi məktəblərində oxumuşdur. Böyük Vətən
müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov
Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə görə və
komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Həzi
Aslanov Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun 55-ci
əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın
edilməsində xüsusi məharet göstərmişdir. Həzi Aslanova Sovet İttifaqı
Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığının
nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət
göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə
komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı
Qəhrəmanı adı verilsin. Aslanovun polkuna isə qvardiya adı verilmişdir.
Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və
Kursk vuruşmasında fəal iştirak etmişdir. 1944 ildə Aslanovun 35-ci
qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad
etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan
Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri
yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur. Həzi Aslanov,
Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və
qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni,
Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2
Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...