M.C.Bağırov fenomeni, hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki,
azərbaycan fenomenidir, milli həyatımızın məhsuludur, 30 il bu xalqa
rəhbərlik edib və onu ancaq “xalq düşməni” kimi tanımaq, əslində
tanımamağa bərabərdir. M.C.Bağırov 1896-cı ildə Quba şəhərində anadan
olmuşdur. Məktəbi qurtardıqdan sonra Petrovski (indiki Mahaçqala)
şəhərində pedaqoji kursda təhsilini davam etdirmişdir. 1915-ci ildən
sonra Xudat stansiyasındakı kənd məktəbində müəllim işləyir və elə o
vaxtdan etibarən inqilabi işə qoşulur. Sonralar Qubaya gəlib ibtidai
məktəbdə müdirlik edir. 1917-ci ilə qədərki müddət M.C.Bağırovun
fəaliyyətinin ən mürəkkəb dövrüdür. Fevral burjua-demokratik
inqilabına qədər, istərsə də sonra hansı partiyalara üzv olduğu barədə
məlumat yoxdur. 1918-ci ildə M.C.Bağırov artıq Bakıda fəaliyyət
göstərirdi. M.C.Bağırov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər
Qızıl Orduda müxtəlif rəhbər vəzifələrində işləyir, vətəndaş
müharibəsi cəbhələrində vuruşur. Və onun ideya-mənəvi xarakterinin
formalaşmasında fəaliyyətinin həmin dövrü əsas rol oynayır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra M.C.Bağırov Qarabağa
vilayət İnqilab Komitəsinin sədr müavini və hərbi İnqilab Şurasının
müvəkkili göndərilir. 1920-ci ilin payızında M.C.Bağırov Bakıya
qayıdır və Azan diviziyasının hərbi komissarı təyin olunur. Sonralar
bir sıra yüksək hərbi-siyasi vəzifələrə irəli çəkilir - ən böyük
xidməti isə ondan ibarət olur ki, Azərbaycana milli qoşun hissələri
yaratmaq kimi mühüm iş üzərində çalışır. Nəhayət, 1921-ci ilin
fevralında o, ÇEKA-nın sədri təyin olunur və on ilə yaxın orada
çalışır. 1929-cü ildə İranla sərhəddə başvermiş münaqişə zamanı M.C.Bağırov
iranlıları təqib edir, bir nüçə kəndə od vurdurur və bu da beynəlxalq
münaqişəyə səbəb olur. M.C.Bağırovu vəzifədən kənar edir və partiyadan
çıxardırlar. M.C.Bağırov Moskvaya gedib birbaşa Stalinlə görüşür.
Stalin onu partiyaya bərpa edib onu Zaqafqaziyaya Su təsərrüfatı
İdarəsinin rəisi təyin edir. M.C.Bağırov 1932-ci ildə ÜİK (b) P MK-yanında
marksizim-leninizm kursunu bitirdikdən sonra əvvəlcə bir müddət ÜİK
(b) P MK-nın məsul təlimatçısı işləmiş, həmin ilin axırlarında isə
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin olunmuşdur.
1933-cü ildə M.C.Bağırov “ən yüksək posta” yiyələnir – Azərbaycan K
(b) P MK və BK-nın birinci katibi seçilir. Onun ideya-mənəvi siması bu
vaxta qədər formalaşmışdı: İnandığı həqiqəti nəyin gücünə olursa-olsun
müdafiə etmək, yaşadıb inkişaf etdirmək!... M.C.Bağırov Lenin ordeni,
2 Qırmızı Bayraq ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli
Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur. 1922-ci ildə Cəfər
Cabbarlı şəxsən kameraya gedib onu azad edir, eynilə əziz Şərifi də.
M.C.Bağırov o ictimai-siyasi iqlimin məhsulu idi. Onun yerində başqası
olsaydı, fəlakətimiz daha dəhşətli ola da bilərdi. M.C.Bağırov adı
bizim günlərdə təəssüf ki, ancaq mənfi emosiya doğurur – bu isə nəinki
kütləvi təfəkkürü, hətta professional idrakın özünün də M.C.Bağırov
fenomenini obyektiv öyrənməsinə mane olur. Əgər 40-cı illərin sonu,
50-ci illərin əvvəllərində M.C.Bağırovun özü azacıq imkan yaratsaydı,
poeziyamızın da, nəsrimizin də, yəqin ki, əsas “ilham mənbəyi”
olacaqdır... Mir Cəfər Bağırov heç zaman yerlipərəstlik, qohumbazlıq
kimi xırdaçılığa, cılızlığa enməmişdir. O ki qaldı cəlladlığı, bu,
sistemin hökmü, dövrün tələbi idi. İndi günahsız sayılan 37-ci il
qurbanlarından hansı biri M.C.Bağırovun yerində olsaydı, başqaları ilə
o təhər rəftar edərdi... 1956-cı ildə mühakimə zamanı M.C.Bağırov özü
barədə ölüm qərarını özü çıxardı, 17 dəqiqəlik son sözündə dedi ki,
məni çarmıxa çəkib balta ilə doğramaq lazımdır... Əfv olunmaq üçün
ərizə də vermədi. Amma obyektiv baxımdan qeyd etmək lazımdır ki, onun
hakimiyyəti dövründə azərbaycanlı müasir ziyalı ordusu yarandı. 1942
və 1948-ci illərdə iki dəfə azərbaycanlı dörd-beş milyonluq əhalinin
Orta Asiyaya sürgün olunmaqdan qurtardı. Müharibə vaxtı cəbhələrdə
əsgərlərimizi qırılmaqdan xilas etdi... Bakı metrosu yalnız onun
təkidilə və nüfuzuna görə layihələşdirildi. Qeyd edək ki, 1958-60-cı
illərdə N.S.Xruşşov Bakı metrosunda işi dayandırmaq istəyirdi. O zaman
da buna Nazirlər Sovetinin sədri Sadıq Rəhimov mane olmuşdu. Tarix nə
qara parçaya ağ, nə də ağ parçaya qara yamağı qəbul etmir. M.C.Bağırov
bütün günahlarıyla bərabər öz məfkurəsinin qatı fanatiki idi. Mühakimə
göstərdi, hakimiyyətdə olduğu vaxtlardakı kimi qürurla baş prokuror
Rudenko ilə kəllə-kəlləyə gəlirdi. Sınırdı, amma əyilmirdi. Markaryan,
Qriqoryan, Borşov miskinliklə dörd əl-ayaq sürünə-sürünə göz yaşı
töküb yalvardıqda o, vüqarını itirmirdi, əlini stola bərkdən vura-vura
səsini ucaldırdı. Bir həqiqət var ki, M.C.Bağırovun yerində kim
otursaydı, ondan on qat artıq olardı söz karyerası üçün... Böyük
oğlunu orduya göndərdi. Müharibədə onu üçü alman hərbi təyyarəsi onun
təyyarəsini qoparmağa götürürlər. Vəziyyətin çıxılmaz olduğunu görəndə
təyyarəsini düşmən təyyarələrindən birinə çırpıb məhv edir, özü də
məhv olur. M.C.Bağırov latın əlifbasını kiril əlifbasına keçirdi...
Mir Cəfər Bağırov əslində bu məsələyə razı deyildi, amma vadar idi.
Stalinin göstərişi idi. M.C.Bağırovun faciəsi milli təfəkkürün, milli
planla əlaqədar iclasında Azneftin baş mühəndisi Qurgen Avantanyan
azərbaycanlılardan, ruslardan kimin adı çəkilirsə, onları mənfi
xarakteristika verib, erməniləri isə tərifləyirmiş. M.C.Bağırov bundan
hirslənərək iclasdan sonra onunla danışacağını söyləyir. Qurgen
iclasdan çıxan kimi birbaşa aerodroma, oradan da Moskvaya qaçmışdı və
bir də Bakıya gəlməmişdir. Bir dəfə azərbaycanda qışın sərt keçdiyi
vaxtlarda, respublikada yun üzrə planı yerinə yetirmək mümkün olmadı
və o zaman M.C.Bağırovun göstərişi ilə yunçuluqla məşğul olan
rayonları kənd-kənd gəzib, camaatın yorğanı, döşəyini çarpayısından
dartıb çıxarıb yununu müsadirə etdilər və respublikanın yun planı da
eləcə doldu. M.C.Bağırovun ürəyində heç bir nazikliyə, incəliyə,
kövrəkliyə yer yox idi. M.C.Bağırov respublika maarif naziri Məmməd
Cuvarlinski kinofoto sənayesi idarəsinin rəisi Qulam Sultanovu şəxsən
özü güllələmişdi. 37-38-ci illərdə Mir Cəfər Bağırovun şəxsi
rəhbərliyi və fəaliyyəti nəticəsində xalq düşməni kimi (10 minlərlə
insan) ifşa olunub güllələndi. Bütün Azərbaycan 37-38-ci illərdən
sonrakı Mir Cəfər Bağırovun əlində idi. Əlbəttə, Mir Cəfər Bağırovun
özü də 37-38-ci illərdən sonrakı bütün yüksək vəzifəli partiya və
dövlət xadimlər kimi yoldaş Stalinin ovcunda idi, amma yoldaş Stalinin
özünün də Mir Cəfər Bağırova ehtiyacı var idi; bütün Azərbaycan Mir
Cəfər Bağırovdan qorxurdu. Mir Cəfər Bağırov Azərbaycanın hökmdarı idi,
amma əli-uzun idi, lazım olanda gedib Moskvaya da çatardı. 37-38-ci
illərdə xalq düşməni kimi ifşa olunub güllələnmişlərin sırasında
Ruhulla Axundov, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Əliheydər
Qarayev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev,
Ayna Sultanova, Hüseyn Rəhmanov, Həmid Sultanov, Məmməd Cuvarlı,
Aleksandr Serebrovski, Vladimir Polonskoqo, Həmid Sultanov, Mixail
Nikitin, İsa Dövlətov, Hüseyn Rəhmanov, Mixail Barinov və b. var idi.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...