Ziya
Bünyadov 1933-cu illərdə Bakı Ümumqoşun məktəbində oxuyub.Təhsilini
bitirərək zabit kimi müharibəyə yollanıb. Böyük Vətən müharibəsi
cəbhələrində vzvod, rota və batalyon komandiri kimi şərəfli döyüş yolu
keçib. Leytenant Ziya Bünyadov 1942-ci ildə Mozdok yaxınlığında ilk
döyüş sınağından çıxmışdır. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov
əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində strateji
əhəmiyyetli körpünü tutub. Həmin döyüşdə rota 100 nəfər hitlerçini
məhv edib, 45 nəfər əsir götürüb və düşmənin döyüş texnikasını ələ
keçirib. Bu qəhrəmanlığına görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin
1945-ci il 27 fevral tarixli fərmanı ilə bölmənin komandiri Ziya Musa
oğlu Bünyadova ən yüksək fəxri ad - Sovet İttifaqı Qəhrəmanı adı
verildi. Ziya Bünyadov, Vətən müharibəsi cəbhələrində göstərdiyi
igidlik və qəhrəmanlıqlara görə Qırmızı Bayraq, Qırmızı Ulduz,
Aleksandr Nevski, II dərəcəli Vətən Müharibəsi Ordenləri, "Qafqazın
Müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin
alınmasına görə" və "Almaniya üzərində qələbəyə görə" medallari ilə
təltif edilmişdir. Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək
Ziya Bünyadov Berlinin Pankov rayonunda hərbi komendant yardımçısı
kimi çalışıb. Ölkənin quruculuq həyatında da fərqlənən qəhrəman Ziya
Bünyadov Almaniyanın ən yüksək mükafatlarından biri -"Vaffenbrudersaft"
qızıl medalı ilə təltif edilib. Almaniyanın Gənclər İttifaqı isə Ziya
Bünyadovu "Artur Bekker" qızıl medalına layiq görüb. Sonra 1946-cı
ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil oldu və sonra aspiranturanı
bitərərək 1954-cü ildə dissertasiya müdafiə etdi. Daha sonra akademik
Ziya Bünyadov Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan
Respublikasının Milli Məclisinin üzvü oldu. Həyatının son illəri
Tacəddin Es-Salmaninin "Tarixnamə", V.V.Bartoldun "Xəzəryanı
vilayətlərin müsəlman aləminde yeri" əsərlərini tərcüme etmişdi. "Dinlər,
təriqətlər, məzhəblər" adlı qiymətli elmi və "Polis məmuru Dümbül
bəyin macərası" (bənzətmə), "Naxçıvan sancağının müfəssəl dəftəri", "Tarixnamə"
bədii əsərlərini yazmışdır.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...