İsrafil
Məhərrəm oğlu Məmmədov 1919-cu il mayın 30-u günü anadan olmuşdur.
1939-cu ildə İsrafil orduya çağırıldı. Həmin ilin payızında İsrafil
Rusiyanın Şimal -Qərbində yerləşən məhşur Novqorodda yerləşən hissənin
əsgəri oldu.O hərbi hazırlıqda, müxtəlif texnikaya həvəs və maraq
göstərməkdə fərqlənər, təlim dərslərindən əla qiymətlər alar, hərbi
tarixə xüsusi fikir verər, texniki fənləri özünün istədiyi kimi
öyrənmək, mənimsəmək üçün biliyini mütaliə yolu ilə artırardı.
Hissənin həyatına uyğunlaşdıqca daha yaxşı oxuyur, özünün hazırlıqlı
olması ilə yoldaşlarını və komandirlərini heyrətləndirərdi. 1939-cu ildə
könüllü olaraq sovet ordusu sıralarına getmişdir.
1941-ci ildə İsrafili kiçik komandirlər hazırlayan alay məktəbinə
göndərirlər. İsrafil hərbi dərsləri maraqla dinləyir, əlinə keçən
hərbi kitabları xususi bir həvəslə mütaliə edirdi. Altı aylıq kursu
uğurla bitirən İsrafil baş serjant rütbəsində Novqorod şəhəri
yaxınlıqda dayanan hərbi hissəyə daxil oldu və şəhərin şimal-qərbində
dayanmış alaya yollandı. 1941 ilin dekabrında
İsrafil Məmmədovun Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında
düşmənin həmlələrini dəf etmişdir.
Baş serjant İsrafil Məmmədovun vuruşduğu şimal-qərb cəbhəsinin döyuş
uğurlarından mətbuatda, kütləvi informassiya vasitələrində ürək açan
qələbə xəbərləri verilirdi. İsrafil Məmmədov artıq bir neçə döyüş
əməliyyatlarını keçirmişdir, bütün şimal-qərb cəbhəsində tanınmağa
başlamışdır.Qış günlərinin birində, qaranlıq qarışan zaman faşistlər
yenidən hücuma keçdilər. Doqquz saat davam edən ağır döyüşdən sonra
İ.Məmmədovun döyüşçüləri faşistləri 200 metr geriyə qova bildilər.
Qəzəblənmiş düşmən israfilçilərin mövqelərini fasiləsiz top atəşinə
tutdu. Bu dəfə onların qırılıb məhv olduğunu düşünən düşmən arxayın
hüçuma keçdi. Hitlerçilərin fikrini başa düşən İ.Məmmədov atəş
açmamağı, faşistləri lap yaxına, 10-15 metr məsafəyə buraxandan sonra
atəş açmağı əmr etdi. Hitlerçilər beşinci dəfə idi ki hücuma
keçirdilər . İsrafilin döyüşçülərinin yarısı sıradan çıxmışdı, sürsat
qurtarmaq üzrə idi. Belə gərin və dramatik vəziyyətdə İ. Məmmədovun
cəsarəti hər şeyi həll etdi. İ.Məmmədov 20 nəfər döyüşçü ilə 10 saata
yaxın idi ki, iki batalyon faşist əsgər və zabit ilə vuruşurdu, 300
nəfərdən çox faşist öldürmüşdür. Bu ölüm-dirim çarpışmasında fövqəladə qəhrəmanlıq göstərən İsrafil Məmmədov şəxsən 70 nəfərdən çox faşist
əsgər və zabitini öldürmüşdür. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə İsrafil Məhhərəm oğlu Məmmədov
alman faşist işğalçılarına qarşı vuruşlarda göstərdiyi igidlik və
qəhrəmanlığa yüksək fəxri ada görə Sovet İttisfaqı Qəhrəmanı adına
layiq görüldü. İsrafil Məmmədov ilk Azərbaycanlı Sovet İttifaqı
Qəhrəmanıdır. 1941-ci ilin dekabrın 15-də döyüş meydanında Azərbaycan
xalqının mərd oğluna Lenin ordeni və "Qızıl Ulduz" medalı verildi.
İsrafil Məmmədov adı Uzaq Şərqdə, Sibirdə, Qafqazda, Şimal
donanmasında əziz tutulan bir qəhrəman idi.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...