Mustafa
Mərdanov 1894-cü ildə Tiflisin Şeytanbazar məhəlləsində dünyaya göz
açmışdır. Gənc yaşlarından oxumağa və oynamağa meyl göstərməsi onu
1905-ci ildə Tiflis gimnaziyasına gətirib çıxarır. 1909-cu ildə
gimnaziya direktorunun icazəsi olmadan Tiflisdə "Kazyonnı teatr"da
(indiki Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında)
Ş.Hunonun "Faust" operası tamaşaya qoyulmuşdu. Bir neçə məktəbli
yoldaşı ilə o, həmin operaya baxmağa getmişdi.
Günlərin birində, Mustafanı teatrda gimnaziyanın inspektoru görür, onu
ağlada-ağlada oradan qovdurur. Səhəri günü onu 4 saat "karserdə"
(qaranlıq zirzəmidə) saxladılar. Əlbəttə, belə hədə-qorxular
Mustafanın teatra və böyük sənətə olan məhəbbətini daha da
gücləndirdi. O, aktyor olacağına söz verdi və sözünə əməl etdi.
Mustafa Mərdanov birinci dəfə 1909-cu il noyabrın 28-də üz-gözünə
"qrim", əynində isə teatr paltarı səhnəyə çıxdı. İkinci dəfə tamaşada
qrim etmək üçün Tiflisdəki Azərbaycan teatrından Mirzəxan Quliyevi də
dəvət etdilər. O, Mustafanı "Xor-xor" tamaşasında Seyfulla rolunda
görüb çox bəyəndi.
Gənc Mustafa həmin ildən (1910) Tiflisdəki Azərbaycan Dram Teatrının
artistləri ilə dostlaşdı və onların verdikləri tamaşalarda iştirak
etməyə başladı. Bir məsələni də qeyd etmək istərdik ki, XX əsrin
əvvəllərində yerli burjuaziya numayəndələri, bəylər, xanlar, ruhanilər
Azərbaycan səhnəsinin artistlərinə bir oyunbaz kimi baxırdılar, onları
adam yerinə qoymurdular, artistlə qohum olmağı özləri üçün təhqir
bilirdilər. Tamaşa verməkdən ötrü bina almaq ən çətin məsələlərdən
biri idi. Tiflisdə "Artistiçeskoe obşestvo"nun (indiki Ş.Rustaveli
adına Tbilisi Dövlət Teatrı) və "Kazyonnı teatr"ın binaları
azərbaycanlı artistlərə böyük çətinliklə icarəyə verilirdi. Artistlər
də pərdəni açdırmaqdan ötru çox vaxt üzük və saatlarını girov qoymalı
olurdular.
Burada Hüseyn Ərəblinskinin "sehrkar" üzüyü ilə Mirzə Əli Abbasovun
qızıl saatını xatırlamamaq olmaz. Həqiqət naminə onu demək lazımdır
ki, Ərəblinskinin üzüyü ilin ancaq iki-uç ayı barmağında olardı. Mirzə
Əli Abbasovdan soruşduqda ki: "Əli dayı, saat neçədir?", cavab
verərdi: "Get "Kazyonnı teatrı"nın mudirindən soruş, saatımız
şəriklidir".
Materiallardan aydın olur ki, Mustafa Mərdanov evlərindən dəfələrlə
xalça aparıb satmış, teatr kirayəsi üçün beh vermişdir.
Azərbaycan xalqının qabaqcıl ziyalıları N.Nərimanov, K.B.Zərdabi,
N.B.Vəzirov, Üzeyir Hacıbəyov, M.Maqomayev, Bədəlbəy Bədəlbəyli,
M.Mahmudbəyov və başqaları isə teatr sənətinin inkişaf etdirilməsində
həvəskar artistlərə hər vasitə ilə kömək göstərirdilər. Məhz onların
qayğısı sayəsində istedadlı sənətkar Mustafa Mərdanov əsl böyük
səhnəyə qədəm qoyub artist oldu. Mustafa Mərdanovun atası onu ali təhsilli ziyalı görmək istəyirdi.
Odur ki, Mustafa 1917-ci ildə gimnaziyanı bitirdikdən sonra Rostova
gedib Tibb Universitetinə daxil olur. Ancaq bu fakultə Mustafanın
urəyincə olmadığı üçün atasından icazə alıb, tibbi təhsillə yanaşı həm
də Rostovda dram studiyasında çalışır. Mustafa Rostov şəhərində də
bənd ala bilmir və 1918-ci ildə Tiflisə qayıdır, ictimai-siyasi
vəziyyət çox pis idi. Buna görə də Mustafa 20 nəfər artist dostu ilə
birlikdə Batum şəhərinə üz tutur. Onların aqibəti burada da
sevindirici olmur. Şəhər ingilis və türk zabitləri ilə dolu idi.
Onlara burada tamaşaları azad göstərməyə mane olanlar çox idi. Odur
ki, bir az pul toplayıb Turkiyəyə gedirlər.
M.Mərdanov və onun artist dostları İstanbul şəhərində düz 11 ay
qastrol səfərində olurlar. Bu səfərdə onlar M.S.Kirmanşahlı,
Ə.Yüzbaşov, İ.İsfahanlı, M.Sənani, Həsən Səbri, Paşa Məmmədov, Həsən
Qasımov, Tərlan xanım, C.Cəfərov, N.Kaftaradze, Asya xanım, Vera Arsen
və b. təşkil etdiyi heyətlə aşağıdakı tamaşaları oynamışlar: "Arşın
mal alan", "O olmasın, bu olsun", "Nadir şah", "Əsli və Kərəm", "Ağa
Məhəmməd şah Qacar", "Pəri cadu", "Bəxtsiz cavan", "Evliykən bikar"
(Evliykən cubay") və s.
Mustafa Mərdanovun Turkiyə qastrollarındakı çıxışları Haqqında
"Tamaşa" jurnalı (80 il bundan əvvəl) belə yazmışdır: "Həyatda həlim,
səlim və bütün qüdrət və məziyyətini inkar edən bu gənc, eyni bir
ustad əlində, xariqələr göstərəcək dərəcədə istiqbal badayeyə vəd
rəfah ediyor. Bizdə Qafqazın belli başlı, butun xuduti muəyyən tipləri
göstərənlərdən biri də Mustafa bəybir".Mustafa Mərdanov ez uzərində yorulmadan işləyib repertuarını daha da
zənginləşdirib genişləndirirdi. Artıq 1930-cu il idi. Bizə xəbər
verdilər ki, Moskva şəhərində SSRİ xalqlarının milli dram teatrlarına
baxışdır. Bu səfərlə əlaqədar olaraq biz Leninqradda, Kazanda,
Moskvada və başqa şəhərlərdə geniş proqramla çıxışlar etdik.
Mustafa Mərdanov teatr tamaşalarında yüksək pafoslu ifaçılıq
qabiliyyətinə görə dəfələrlə dövlət tərəfindən mukafatlandırılmışdı.
O, ömrünün axırına kimi teatra bağlı olub, teatr səhnəsindən
duşməmişdir. O, kino sənətində də ölməz obrazlar yaratmışdır.
Əbədiyyətə qovuşan günədək 6000 dəfə səhnədə çıxış edib, 300-ə yaxın
rol oynayıb. Dünyanın 30-dan çox dövlətinin və şəhərinin səhnəsində
tamaşalar göstərib.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...