Dövlət xadimi,
yazıçı və publisist, həkim. 1882 ildə Qori seminariyasına daxil olmuş,
oranı bitirərək Tiflis quberniyasının Borçalı qəzasının Qızılhacılı
kəndinə müəllim tə'yin olunmuşdur. Nərimanov 1891 ildə Bakıya gələrək
fəaliyyətə başlamışdır. O, 1894 ildə Bakıda müsəlman kütlələri üçün
ilk xalq qiraətxana-kitabxanası təşkil etmişdir. Bu zaman Nərimanov
ictimai problemlərə toxunduğu "Nadanlıq" (1894), "Şamdan bəy" (1895),
"Nadir Şah" (1899), "Bahadır və Sona" (1896-1908) kimi ədəbi əsərlər
yazmış, N.V.Qoqolun "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə
etmişdir (1829), Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər
tərtib etmişdir. 1908 ildə Nərimanov Odessadakı Novorossiya
Universitetinin tibb fakültəsinə daxil olur. Universiteti bitirib
Bakıya gəlmiş və şəhər xəstəxanasında işləməyə başlamışdır. Sonra
Nərimanov bolşevik "Hümmət" təşkilatının sədri seçilir(1917). 1919
ildə Nərimanov Moskvaya çagırılır, RSFSR xalq milli işlər komissarının
müavini işləyir. 1920 il aprelin 27-də, Azərbaycanda Sovet
hakimiyyətinin qələbəsindən sonra Nərimanov Azərbaycan SSR XKS-nin
sədri seçilir. Nərimanov Azərbaycanda XKS-nin sədri kimi özünün bütün
qüvvəsini fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmlətməyə,
respublikada sosializm quruculuğuna sərf edirdi. Nərimanov SSRİ-nin
1-ci Sovetlər Qurultayında (1922, dekabr) yaradılmış MİK-in ilk
sessiyasında ZSFSR-dən SSRİ MİK sədri seçilmişdir. Nərimanov ən mühüm
dekret, qərar və müraciətnamələrin hazırlanmasında, xarici siyasət
tədbirlərində, onların həyata keçirilməsində fəal çalışmışdır.
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...