Azərbaycanın
xalq şairi (1956). Azərb.SSR EA akademiki (1945), Azərb.SSR əməkdar
incəsənət xadimi (1943). SSRİ Dövlət Mükafatı Laureatı (1941,42)
adlarına layiq görülən Səməd Vurğun Azərbaycan Yazıçıları İttifaqının
məsul katibi (1934-37), sədri (1941-48), Azərbaycanın Xarici Ölkələrlə
Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərb.SSR EA vitse-prezidenti
(1954-56) olmuşdur. 1918 ildə Qazax müəllimlər seminariyasına daxil
olmuşdur. Seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə
müəllimik etmişdir. Öz ədəbi fəaliyyətinə 1926-cı ildən başlamışdır.
İlk dəfə mətbuatda "Mavi göl" şe'ri ilə "Gənc isçi" qəzetində çıxış
etmişdir. 1920-30 illərdə Vurğunun səsi ciddi surətdə ədəbi mühitin və
geniş oxucu kütlələrinin nəzərini cəlb etdi. Bu illərdə yazdığı "Şairin
andı", "Aprel", "Fonar" kimi şe'rlər dərin ictimai-siyasi mə'na ilə
dolu idi. Sonralar yazdığı şe'rlərində, "Şikəstəyə məktub", "Azərbaycan",
"Şair, nə tez qocaldın sən...", "Ana", "Bahar", "Şuşa", "Bahar və mən",
"Bəstəkar", "Göygöl", "Bakı" və s. Səməd Vurğun yaradıcılığının hər
sahəsində gözəl sənət nümunələri yaradır. Səməd Vurğun Azərbaycan şe'rində
poema janrının böyük yaradıcısıdır.O, "26-lar", "Bəsti", "Talıstan", "Muğan",
"Zəncinin arzuları", "Zamanın bayraqdarı", "Aygün", "Komsomol poeması"
kimi poemalarını canlı və zəngin bədii boyalarla işləmişdir. Səməd
Vurğunun yaratdığı dramlar bizim milli dramaturgiya və teatrlarımızın
qarşısında yeni yüksəliş yollari açdı. O, "Vaqif" (1927), "Fərhad və
Şirin" (1941), "Xanlar" (1939), "İnsan" (1945), "Şairin Həyatı", "İki
Sevgi" kimi dramlar yazmışdır. 1938-ci ilin oktyabr aylarında Bakıda
Azərbaycan Dövlət Dram Teatrında "Vaqif" poeması tamaşaya qoyulmuşdur.
"Vaqif" pyesi Azərbaycan teatrının Moskvada qastrol səfərləri zamanı
(1948) Moskvada göstərilmişdir. "Sovet Azerbaycanının 15 illiyi
münasibəti ilə mən Azərbaycan nümayəndələrinin tərkibində Kreml
qəbulunda öz şerlərimi oxuyurdum. Bu mənim həyatımda unudulmaz
dəqiqələr idi. (Səməd Vurğun yazırdı.)" Səməd Vurğun "Yevgeni Onegin"
Puşkin, "Qız və Ölüm" Qorki, "Pələng gönündə vityaz" Şota Rustaveli ,"Leyli
və Məcnun" Nizami əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Səməd
Vurğunun yaradıcılığı bütün Azərbaycan xalqı üçün qiymətli və əzizdir.
Şerləri:
Azərbaycan
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmta, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şe'r yaza;
Gəncləşirəm yaza-yaza...
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
Şair, nə tez qocaldın
sən...!
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!
(1953)
Ala Gözlər
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə;
Qələm qaş altında piyalə gözlər!
Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi, bütün aləmi.
Bu dustaq könlümü deyin yenəmi
Çəkdiniz sorğuya, suala gözlər?
Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir, can sirdaşımdan.
Dağıdır huşumu, alır başımdan
Süzülüb gedəndə xəyala gözlər!
Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa!
Bir cüt ulduz kimi verib baş-başa
Yanıb şölə salır, camala gözlər!
xatırlayırsınızmı?
60-cı illərin Bakısı... Hər səhər yuyulan küçələr, harasa tələsən
xoş simalı insanlar... Küçələrdə olan reproduktorlardan səslənən həzin
musiqi sədaları... Şəhərin mərkəzində tramvay, troleybuslar...